Çərşənbə axşamı, 3 Mart, 2026

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olundu


  • Dərc edildi: 21 Dekabr, 2025 - 00:35
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olundu

Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub.

05 dekabr 2025-ci il tarixində Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm sənaye subyektləri üçün Zirə qəsəbəsinə aqroturizm üzrə infotur, həmçinin yerli icma nümayəndələri üçün maarifləndirici təlim keçirilib. Tədbirdə gəlmə turizmi ilə məşğul olan turizm şirkətlərinin nümayəndələri, bələdçilər və digər turizm sənayesi subyektləri iştirak ediblər.

İnfoturun əsas məqsədi Zirə aqroturizm marşrutu üzrə iştirakçıların məlumatlandırılması, həmçinin yerli təsərrüfatlarda aqroturizm fəaliyyətinin inkişafı ilə bağlı icma üzvlərinin maarifləndirilməsi olub.


Proqram çərçivəsində iştirakçılar Eko Farm Atçılıq Mərkəzi və Zirə Gülçülük təsərrüfatında mövcud vəziyyətlə tanış olublar. İnfotur zamanı yerli icma tərəfindən heyvandarlıq və zeytunçuluq təsərrüfatı nümayiş etdirilib. Daha sonra qonaqlara Zirə Cümə Məscidi və Zirə El Hamamının tarixi və memarlıq xüsusiyyətləri haqqında məlumat verilib.
Səfərin sonunda Zirə Mədəniyyət Mərkəzində yerli icma üzvlərinin iştirakı ilə aqroturizm üzrə təlim keçirilib. Təlimdə aqroturizmin sosial-iqtisadi əhəmiyyəti, regionun turizm potensialı və inkişaf istiqamətləri müzakirə olunub, sual-cavab sessiyası təşkil edilib.

Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkil etdiyi infotur Zirə qəsəbəsinin aqroturizm imkanlarının geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır və iştirakçılara kənd təsərrüfatı ilə turizm sahəsi arasında mövcud inteqrasiyanı yerində müşahidə etmək imkanı yaradıb.

 

İnfotura dair videolara bu linkə daxil olaraq baxa bilərsiniz:

https://youtube.com/playlist?list=PLpTigPlt25-9DnYL8RwqblcphSnFM_bx2&si=DTi-BJc9hygxw-V1

 

Ən Son Məqalələr

Qonaqpərvərlik və Turizm sahəsində maaşlı və sonda işlə təmin edən Ödənişsiz Təcrübə Proqramına Qeydiyyat!
18 Fevral, 2026 - 12:28 546
Qonaqpərvərlik və Tu...
💕 Sevgilililər gününə özəl 1 günlük və 2 günlük Turlar - ƏTRAFLI SİYAHI
12 Fevral, 2026 - 02:25 354
💕 Sevgilililər günün...
⛷️Hər həftə 1 günlük Tufandağ / Qəbələ Turu - 20 AZN
11 Fevral, 2026 - 21:46 221
⛷️Hər həftə 1 günlük...
Sosial mediada saxta agentliklər: Turizm sektorunda artan risklər
07 Fevral, 2026 - 17:14 452
Sosial mediada saxta...
Batumi - Trabzon - Qaradəniz - 🇬🇪 Gürcüstan / 🇹🇷 Türkiyə Qrup Turuna Qeydiyyat!
30 Yanvar, 2026 - 16:07 366
Batumi - Trabzon - Q...
🇹🇷 Türkiyə / İstanbul Qrup Turuna Qeydiyyat!
30 Yanvar, 2026 - 15:54 315
🇹🇷 Türkiyə / İstanbu...
🇧🇷 Brazilya Qrup Turuna Qeydiyyat!
30 Yanvar, 2026 - 13:26 357
🇧🇷 Brazilya Qrup Tur...
🇯🇵 Yaponiya Qrup Turuna Qeydiyyat!
30 Yanvar, 2026 - 13:14 333
🇯🇵 Yaponiya Qrup Tur...