11 vəzifə üzrə Yay TƏCRÜBƏ PROQRAMI - Bakı- Sumqayıt

 

“Azerfloat” QSC Yay Təcrübə Proqramına Start Verir!

 

“Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.

 

Proqram haqqında

Seçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:

 

1.Mühasibatlıq şöbəsi

2. Maliyyə şöbəsi

3. Logistika

4. Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi

5. SƏTƏM şöbəsi

6. Satış şöbəsi

7. Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi

8. Sənaye qaz istehsalı şöbəsi

9. Elektrik mühəndisliyi şöbəsi

10. Mexanika şöbəsi

11. İstehsalat şöbəsi

 

 

Təcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.

 

Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.

 

Namizədlərə tələblər

Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları)

Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları)

Güclü ünsiyyət bacarıqları

Təşəbbüskarlıq və məsuliyyətlilik

Punktuallıq

Analitik düşüncə və araşdırma bacarığı

Təminatlar

 

Əmək haqqı: 400 AZN (vergilər daxil)

Nahar pulu

Servis xidməti (20 Yanvar metrostansiyasından)

İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Əlavə məlumat

 

Təcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək:

Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi)

Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1

 

Müraciət qaydası:

Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə cv-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır.

 

Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.