Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

 

- Maliyyə və investisiyalar şöbəsi/ Aparıcı mühasib

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibatlıq sənədlərinin və ödəniş öhdəliklərinin icra edilməsi;
  • Vergi hesabatlarının hazırlanması (Mənfəət vergisi, ÖMV, Vahid bəyannaməsi və s.);
  • DSMF və statistika hesabatlarının hazırlanması;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Rüblük hesabatların müəyyən edilmiş müddət çərçivəsində hazırlanması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının tam uçotu və onların   hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
  • Mühasibatlıq ilə bağlı əməliyyatların aparılması;
  • Mühasibatlıq əməliyyatlarının və uçotunun 1C proqramında işlənilməsi;
  • Tabel əsasında işçilərin əməkhaqlarının və digər ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əməkhaqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • İşəgötürən və birbaşa rəhbəri tərəfindən gündəlik olaraq verilən digər tapşırıqların yerinə yetirilməsi.

  Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə isə arzuolunandır);
  • Peşəkar Mühasib Sertifikatına malik olması üstünlükdür;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı (xüsusi ilə MS Excel);
  • 1C 8.3 versiyasında işləmə təcrübəsi;
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi və vergi məcəlləsini bilməli;
  • Məsuliyyətli;
  • Nizam-intizam qaydalarına riayət;
  • Komanda işi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 03.06.2024-cü il

İş qrafiki: 5 günlük (09:00-18:00)

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.