İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filalının dəstəyi ilə Ağcabədi rayonunda Əmək Yarmarkası keçiriləcək.
“Al Market” MMC-də satıcı-kassir vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfində
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
Ağcəbədi şəhəri, Üzeyir Hacıbəyov küçəsi 173. (QRMF-nin Ağcəbədi xidməti şöbəsi)
19 avqust, 2022
11:00 - 15:00
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.