Hazırda Kristal Abşeron şirkətində "Beynəlxalq logistika üzrə mütəxəssis" vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:
- Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər olan bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək;
- Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
- Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim etmək;
- Gömrük və beynəlxalq daşıma ödənişlərini təşkil etmək, daxili sistemdə qeydiyyatını aparmaq;
- Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatını aparmaq və yükün çatdırılma prosesinin cari statusunu daimi izləmək və yeniləmək;
- Logistik problemləri aşkarlamaq və prosesin təkmilləşdirilməsi üçün təklif və plan hazırlayıb tətbiq etmək.

Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il təcrübə;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili, Rus dili və İngilis dili biliyi;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Beynəlxalq Logistika üzrə Mütəxəssis” yazmaqla "[email protected]" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.