T-Network Layihələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

- Layihələr üzrə tərəfdaşlarla əməkdaşlığın koordinasiyası;

- Layihələr üzrə planların hazırlanmasına və icrasına dəstək verilməsi;

- Layihələrin təsdiq edilmiş plana uyğun şəkildə icra olunmasının monitorinqi;

- Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarətin edilməsi;

- İşəgötürən və birbaşa rəhbər tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Nəyi bilməlidir?

- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətini (rus dili üzrə isə arzuolunandır);

- MS Office proqramlarında sərbəst işləmək bacarığını.

Nəyi bacarmalıdır?

- T-Network-ün dəyərlərini rəhbər tutmalıdır;

- Layihələrin idarə olunması üzrə praktiki və nəzəri biliklərə malik olmalıdır;

- Təqdimetmə bacarığı;

- Ünsiyyət bacarığı;

- Məsuliyyətlilik və hesabatlılıq

PMP sertifikatının olması üstünlükdür;

Xüsusi tələblər:

- Ali təhsil (Təhsilin idarəolunması ixtisası üzrə təhsil üstünlükdür).

- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi

Gözlənilən davranışlar:

- Analitik düşünmək, gərgin iş rejimində işləmək, çevik qərar-vermək, yaradıcı düşünmək və problem həll etmək bacarıqları;

- Nizam-intizam qaydalarına riayət;

- Komanda işi.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adını göstərməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 01.03.2023-cü il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.