Baku Electronics 30 iri formatlı mağazaları, ölkə üzrə diler şəbəkəsi, ekspress alış-veriş məntəqələri və onlayn satış üzrə Qafqaz regionunun ən böyük istehlakçı elektronikası üzrə pərakəndə satış şirkətlərindən biridir.
Şirkət hal-hazırda Resurs Planlama Departamentinin “Mütəxəssis” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
 
Xüsusi Tələblər:
·      Ali təhsil (Maliyyə və ya texniki sahə üzrə arzu olunandır);
·      ERP Programları ilə iş üzrə təcrübə (minimum 1 il);
·      MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
·      SQL üzrə sorğularla işləmə bacarığı;
·      Analitik təhlil bacarığı;
·      Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
 
Vəzifə öhdəlikləri:
·      Sistem üzrə yeni istifadəçilərin yaradılması və vəzifələr üzrə istifadəçi icazələrinin verilməsi;
·      Sist

em üzrə yeni iş yerləri, mağazalar və digər parametrlərin aktivləşdirilməsi;
·      Gündəlik sistemə qiymətlərin, bonusların və digər parametrlərin daxil edilməsi;
·      SQL üzrə toplu əməliyyatların icrası;
·      Yeni tətbiq olunacaq modulların test olunması;
·      Sistem üzrə stok, müştəri və bank kartlarının tanıdılması;
·      Gündəlik istifadəçilərdən gələn sorğuların icrası;
·      Proqrama  müvafiq məlumatların daxil edilməsi;
·      Həftəlik və aylıq hesabatların hazırlanması;
 
İş şəraiti:
·      İş yeri – Baş ofis;
·      İş saatları – 9:00-18:00;
 
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Resurs Planlama Departamenti – Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.