“Hikvision Co” MMC şirkətinə "Satış üzrə mütəxəssis" tələb olunur!

İş barədə məlumat:
-    Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
-    Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
-    Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
-    Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
-    Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
-    Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
-    Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
-    Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək.
-    İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Həftə içi 5 gün Saat 10:00 -19:00 (şənbə günü qısa iş günüdür)
-    Əmək haqqı: 800 AZN + Bonus (artan əmək haqqı)
-    Ünvan: �

�ərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:
-    Ofis texnikası ilə işləmə bacarığı; (ofis proqramlarında işləmə bacarığı)
-    Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
-    Ali təhsil, kişi\qadın Rus dili (advanced) İngilis dili (arzu olunan)
-    Satış sahəsi üzrə ən az 1-2 il iş təcrübəsi Korporativ ünsiyyət bacarıqları
-    İT Sahəsində olması üstünlükdür
-    Satış sahəsinin nəzəri və praktiki bilikləri
-    Yaş : 25-40
        
Biz təklif edirik:
    - Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
    - Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
    - Peşəkar və karyera yüksəlişi üçün imkanlar
    - Rəqabətli əmək haqqı və müavinətlər paketi
    - Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.