Akabe İnşaat “Aparıcı mühasib” vakansiyası elan edir! 
 


Vəzifə öhdəlikləri: 


• 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
• Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
• Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
• Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
• Ödəniş üçün daxil olan sənədlərin yoxlanılması, işlənilməsi və arxivləşdirilməsi;
• İnventarlaşdırmada iştirak edilməsi;
• Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil edilməsi;
• Hesabat üçün məlumatların hazırlanması, mühasibat sənədlərinin qorunmasına nəzarət edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
• Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
• Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotunda əks olunmasının təmin edilməsi;
• Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
• Pul vəsaitlərinin hərəkəti hesabatlarının təqdim edilməsi;
• Tapşırıqların operativ icra edilməsi.
 


Tələblər:


• Maliyyə və mühasibatlıq sahəsində 3-5 ildən az olmayaraq iş təcrübəsinə malik olmaq;
• Ali təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
• Microsoft Office proqramlarında (xüsusilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq;
• 1C proqramında işləmə təcrübəsi mütləqdir;
• Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq;
• Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq;
• Azərbaycan dilində səlis danışmaq bacarığı;
• Məsuliyyətli olmaq.
 


Təklif edirik:


• Korporativ nömrə;
• Əmək haqqı 1200-1500 AZN (bilik və bacarığa görə).

İş qrafiki:
• 5 günlük;

Ünvan: Binəqədi şossesi 12.
 


 Müraciət üçün:


CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Aparıcı mühasib” yazmağı unutmayın.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.