AVRORA MMC “Sifariş Planlama Mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     Gün ərzində sifarişlərin həcmə, məhsul tipinə, şəhər və s. kriteriyalara görə qruplaşdırılması;
·     Sürücülərin əraziyə çıxmadan öncə koordinasiya edilməsi;
·     Daxil olan sorğulara əsasən maşınların tələb olunan yerlərə göndərilməsi;
·     Bağlanmış ticarət nöqtələrindən malların geri alınmasının təmin edilməsi;
·     Geri qaytarma mallarının təhvil verilməsinin nəzarətdə saxlanılması;
·     GPS hərəkəti hesabatına əsasən uyğunsuzluqların araşdırılması və məsul şəxsə məlumatın verilməsi.

Tələb olunan bilik və bacarıqlar :

·     Problemləri həll etmə və qərar qəbul etmək bacarığı;
·     Analitik düşüncəyə və idarəetmə qabiliyyətinə malik olması;
·     Bakı şəhəri və Abşeron rayonunu yaxşı tanımalı.

Tələb olunan təhsil, iş tə

crübəsi və dil bilikləri :

·     Təhsil: Ali təhsil (bakalavr)
·     İş təcrübəsi: 1 il (Nəqliyyat idarəetmə sahəsi üzrə);
·     Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
·     Sürücülük vəsiqəsi və SAP proqramından istifadə etmə bacarığı üstünlükdür.

İş şərtlərimiz :

·     İş qrafiki: Tam iş günü (5 gün);
·     İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).

Biz nə təklif edirik :

·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    İşçilərə qayğı proqramı;
·    Peşəkar komanda mühiti;
·    Nahar;
·    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sifariş Planlama Mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.