Azertexnolayn MMC-nin Polad Boru Zavoduna "Təchizat üzrə kiçik mütəxəssis " vakansiyası üzrə işçi qəbulunu elan edir.
İş yeri :Sumqayıt şəhəri,
Namizəd üzrə tələblər : Ali Təhsil, uyğun vakansiya üzrə 1 il iş təcrübəsi olması kifayətdir.
Vəzifə üzrə tələblər:
• Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanmasına, müəssisə və onun bölmələrinin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatlarının qarşılanmasına rəhbərlik edir.
• Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələri axtarır.
• Ehtiyac olan mallarla bağlı keyfiyyətinin maddi-texniki təchizatı üzrə müəssisə standartlarının hazırlanmasına rəhbərlik edir.
• Yerli və xarici bazarın monitorinqini aparır.
• Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir.
• Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür.
• Material resurslarının istifadəsinin səmərəliliyinin artırılması, resursların daşınması və saxl
• İstehsalçı fabriklər ilə müqavilələr bağlayır.
• Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir
• Müəssisənin maddi-texniki təchizatı planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib edilməsini təmin edir.
• Material ehtiyatlarının və komplektləşdirici dəstlərin vəziyyətinin, müəssisədə istehsal ehtiyatlarının operativ tənzimlənməsinin, material resurslarının buraxılması limitinə nəzarətin və onların müəssisə bölmələrində təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin edir.
• Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici fəaliyyət həyata keçirir.
Uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər