Layihə koordinatoru

 

İşin təsviri:

Ustaların qeydiyyatının aparılması və yeni ustaları cəlb etmə prosesini həyata keçirmək;
Ustalarla zənglərin həyata keçirilməsini təmin etmək;
Layihə mərhələlərin planlaşdırmaq və idarə etmək;
Xüsusi nümayəndələri iş prinsiplərini icra etmək və onları qiymətləndirmək;
Facebook və instagram səhifələrinin idarəçiliyinə nəzarət etmək;
Ustalar klubuna aid bonus kampaniyaları icra etmək;
Klubun inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar təklif etmək;
Bölgələr üzrə Xüsusi nümayəndələr ilə günlük əlaqə saxlamaq, təlimatlandırmaq, məlumatlar almaq, mövcud vəziyyəti və görülən işləri öyrənmək və Layihə rəhbərinə hesabat vermək;
Xüsusi nümayəndələrin qeyd etdiyi məsələləri və problemləri həll etmək (ustalara məlumatın verilməsi, satış məsələləri və.s);
Satış nümayəndələri ilə koordinasyalı şəkildə işləmək;
Ustaların məlumatlarından ibarət bazada məlumatların düzgün yerləşdirilməsini, bölgələr üzrə bölüşdürülməsini təşkil etmək;
Tədbirlərin təşkili və idarəçiliyinə dəstək vermək;
Rayonlara ezamiyyət;
Ustalar klubu Qaynar xətləri cavablandırmaq;
Layihə ilə bağlı digər işləri icra etmək.

Tələblər:
Ali təhsil (bakalavr);
Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
Layihə menecmenti, tədbir təşkilatçılığı, marketinq üzrə təcrübəsi olan;
MS Office proqramlarında işləmə bacarığı;

Şəxsi keyfiyyətləri:
Marketinq, biznesin inkişafı, araşdırma sahələri üzrə həvəsli;
İdarəetmə qabiliyyəti olan;
Təqdimat bacarıqları yüksək;
Ünsiyyət qabiliyyəti yüksək.
Xoşagələn xarici görünüş;
İnkişafa meyilli olmalı;
Kollektivlə işləməyi bacarmalı;

İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün (Bazarertəsi – Cümə); 
İş saatı: 09:00-18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
Peşəkar inkişaf və irəliləyiş;

Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] email adresinə mövzu yerinə "Layihə koordinatoru" yazmaqla göndərməyiniz xahiş olunur.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.