‘’Kristal Abşeron’’ şirkətində Logistika üzrə kiçik mütəxəssis vakansiyası aktivdir.

Tələblər:
- Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Logistika işləri üzrə sənəd dövriyyəsini bilməli;
- Yaxşı səviyyədə kompüter bacarıqları (Microsoft Office proqramları);
- Azərbaycan və Rus dilini bilməli, İngilis dili arzuolunandır;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:
- Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək;
- Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
- Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim edilməsi;
- Gömrük və

beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması;
- Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılma prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi;
- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi.

İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə kiçik mütəxəssis” yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.