DTA 2025-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir
Dövlət Turizm Agentliyi fevralın 3-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.
Müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.
Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə əlli min manatdan çox olmamalıdır.
Qrant müsabiq
Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə 3 mart 2025-ci il, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.
İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz: FAYL