2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsinə Layihə Qəbulu Başladı!
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində, 13–17 May 2026-cı il tarixlərində Bakıda baş tutacaq 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsinə qeydiyyat açıqdır.
Məqsədimiz inkişaf, pre-prodakşn və istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir.
Mükafat fondu – 1500 AZN.
İştirak şərtləri və digər məlumatlar üçün anima.az saytına keçid edin, iştirak üçün isə yerləşdirdiyimiz forumu doldurun.
Müsabiqə “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və ANİMAFİLM MMC tərəfindən təşkil olunur və ANİMAFİLM MMC, Dynamic Box MMC və OB Film MMC-nin dəstəyi ilə keçirilir.
Son müraciət tarixi: 5 Aprel 2026-cı il.