2021-ci ilə “Bye Bye” deməyə hazırsınız
Elə isə möhtəşəm yeni il şənliyi ilə qarşınızdayıq!
İli unudulmaz xatirələrlə başa vurmaq, əylənərək şəbəkələşmə imkanı əldə etmək və növbəti ilə daha yüksək əhval-ruhiyyə ilə başlamaq istəyirsinizsə, bu parti sizin üçündür!
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (Azerbaijan Student Youth Organizations" Union) tərəfindən təşkil olunan “Hələlik 2021 (Bye-Bye 2021)” yeni il partiləri 4 fərqli gün, 4 fərqli formatda, hər biri 160 iştirakçı ilə baş tutacaq:
20 dekabr saat 19:00-23:00 - Yellow Day (Enactus fəalları üçün)
21 dekabr saat 19:00-23:00 - Blue Day (xarici tələbələr, tələbə mübadiləsində iştirak etmiş və xaricdə təhsil alan yerli tələbələr üçün)
24 dekabr saat 15:00-19:00 - Green Day (aktiv yerli tələbələr üçün)
30 dekabr saat 19:00-23:00 - Red Day (TGT komandasının fəal üzvləri üçün)
Qeydiyyatdan keçərkən qeyd olunan tarixlər və mövzulara uyğun olaraq sizə uyğun günü seçməyiniz gözlənilir.
QEYD: Partidə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (2 doza) və ya immunitet sertifikatı mütləqdir.
Müraciət üçün link: https://forms.gle/Fn9cTmnmPcWD68JDA
Son müraciət tarixi hər keçiriləcək tarixdən 1 gün öncədir.
Hər bir partinin keçiriləcəyi məkan: The Orange Grove
Qeyd 1️⃣: Partilərdə iştirak tamamilə ödənişsizdir.
Qeyd 2️⃣: Müraciəti qənaətbəxş olan, ictimai fəallığı ilə fərqlənən tələbələrlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.