Baktelecom MMC İnsan resurslarının idarə edilməsi departamentinin Personal üzrə əməliyyatlar şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir!

İş barədə məlumat:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi əməliyyatlarının yerinə yetirilməsi;
- İşçilərin müvafiq məlumatlarının "ƏMAS" hökümət portalına işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək fəaliyyəti ilə bağlı dəyişikliklərin qeyd olunması;
-İşçilər barədə məlumatları əks etdirən məlumat bazası ilə işlənilməsi;

>Tələblər:

- Ali təhsil;
- İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2-3 il təcrübə;
- AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
- Əmək Münasibətləri və Məşğulluq altsistemində işləmək bacarığı;
- Microsoft Office (Word, Excel, Powerpoint) proqramlarında işləmək bacarığı;

Əmək haqqı:

800-1000 azn NET

Maraqlanan şəxslər CV-lərini 10.08.2022-ci il tarixinədək mövzu hissəsində “Baş mütəxəssis”qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.