İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə kiçik mütəxəssis

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Analitik düşünmə qabiliyyəti, təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.  

 

İş haqqında məlumat:

  • Daxil olan müraciətləri qəbul etmək, araşdırmaq, ehtiyac yarandığı təqdirdə digər struktur bölmələrə yönləndirmək və cavablandırmaq;
  • Filiallarda yerləşdirilən şikayət qutularının periodik olaraq yoxlamaq, daxil olan müraciətlərin seqmentləşdirilərək cavablandırılması və ya aidiyyatı struktur bölməyə yönləndirilərək cavablandırılmasını təmin etmək; 
  • Məlumat Mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
  • Bank məhsulları və xidmətləri haqqında ümumi məlumat almaq istəyən müştəriləri cavablandırmaq;
  • Şikayətçi müştərinin şikayətini dinləmək, qeydə alaraq müvafiq struktur bölməyə yönləndirmək, müştəriyə cavab verilməsini təmin etmək;
  • Müraciətlərin araşdırılması məqsədilə aidiyyatı struktur bölmələrlə operativ məlumat mübadiləsi aparmaq, sorğular vermək, aidiyyati sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar və məlumatlar almaq;

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland)

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər; Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İstehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə kiçik mütəxəssis” göstərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.