Uşaq bağçasında Pediatrik tibb bacısı vakansiyası

 

Müəssisə: Uşaq bağçası
Vəzifə: Pediatrik tibb bacısı 
Namizəd üçün tələblər:
·        Təhsil: Ali təhsil aidiyyati sahədə
·        Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə 
·        Yaş: 25-40
·        Azərbaycan dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
·        Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
·        Aktivlik, ünsiyyətcillik, məsuliyyətlilik və yaradıcılıq
·        Təxirəsalınmaz ilki tibbi yardım bilikəri mütləqdir

İş haqqında məlumat:
·        Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək 
·        Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
·        Tibbi alətlərin, sarğı ləvazimatlarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasının həyata keçirilməsi;
·        Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
·        Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
·        Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.

İş qrafiki: Bağçanın fəaliyyəti qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Pediatrik tibb bacısı” adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.