“A+CO” ASC “Hüquq üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir.


 

Vəzifə öhdəlikləri:


 

• Şirkət adından bağlanılan müqavilələrin layihələrini tərtib etmək, müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə və şirkətin hüquqi mənafelərinə uyğunluğunu yoxlamaq;

• Şirkət adından prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsadətlər, etirazlar və s.) tərtib etmək;

• Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını aparmaq, onlara əlavə və dəyişikliklərin edilməsini təklif etmək;

• Şirkətin bağladığı müqavilələrin reyestrini aparmaq və arxivləşdirmə işini təşkil etmək;

• Şirkətin etibarnamələrinin, təsis sənədlərinin, məhkəmə və hüquq mühafizə orqanlarına aid sənədlərinin və digər hüquqi xarakterli sənədlərin saxlanılmasını və arxivləşməsi işini təşkil etmək;

• Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun hüquqi mənafelərinin qorunmasını təmin etmək;

• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.


 

Tələblər:


 

• Ali təhsil (Hüquq üzrə );

• Azərbaycan Respublikası Qanunvericiliyini yüksək səviyyədə bilmək;

• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;

• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;

• MC Office proqramlarından istifadə bacarığı.


 

İş şəraiti:


 

• İş yeri: Xırdalan şəhəri;

• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

• Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.


 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.


 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.