AVRORA MMC “Laboratoriya Bölmə Rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
·     Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət edilməsi;
·     Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, həmçinin xidmət və təmirinə nəzarət edilməsi;
·     Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağının normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirilməsi;
·     Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadənin təmin edilməsi;
·     Laboratoriya qeydiyyat jurnallarının doldurulmasının və onların saxlanmasının müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarət edilməsi;
·     Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak edilməsi;
·     Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasının mənimsənib tətbiq edilməsi;
·     Sınaq nəticələrinin və sınaq protokollarının hazırlanması;
·     İxrac olunan məhsulların keyfiyyət şəhadətn

amələrinin hazırlanmasına nəzarət edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

·     Un, Makaron, Qənnadı və İçki sahələri üzrə laboratoriya analizlərini bilməli;
·     Unun texniki göstəriciləri haqqında yüksək biliklərinin olması;
·     İstehsal prosesini bilməli;
·     İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti;
·     MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·     Təhsil: Ali (Kimya, Qida məhsulları mühəndisliyi üzrə);
·     İş təcrübəsi: Min. 3 il (Un, Makaron, İçki və Qənnadı məhsulları istehsalı sahəsi üzrə).

İş şərtlərimiz :

·     İş qrafiki : Tam iş günü (5 gün);
·     İş saatı: 08:00-17:00;
·     İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).

Biz nə təklif edirik :

·     Əmək bazarında rəqabətli əməkhaqqı;
·     Peşəkar komanda mühiti;
·     Korporativ nömrə;
·     Təlim və inkişaf imkanları;
·     Sağlamlıq sığortası;
·     Nahar;
·     Servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Laboratoriya Bölmə Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.