Vəzifə: Anbardar (Tikinti materialları)
İş yeri: OBA Marketlər şəbəkəsi (Zabrat anbarı)

Namizədə dair tələblər:
·        Təhsil: Ali
·        Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə)
·        İş təcrübəsi: minimum 1-2 il (sırf tikinti anbarı sahəsində)
·        Tikinti materiallarını yaxşı tanımalı
·        Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
·        İş yeri Zabratda yerləşir
 
Vəzifə öhdəlikləri:
-      Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
-      Tikinti materialların inventarizasiyasını təlimatlara uyğun hazırlamaq, təşkil etmək
-      Köhnəlmiş, zərər görmüş və xar

ab olmuş mal və materialları təyin etmək və onlar barədə izahatı aidiyyatı struktura təqdim etmək.
-      Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
-      Anbardakı malları ehtiyaca görə saymaq
-      Anbarda olan malları inventar nömrəsi ilə nömrələmək
-      Daxil olunmuş sənədlərin qeydiyyatı
-      Hesabat üçün məlumatları hazırlamaq və mühasibat sənədlərinin qorunması
-      Anbara daxil olan və çıxan tikinti materialı və alətlərin plana uyğun yerləşdirilməsini təmin etmək
 
Əlavə təminatlar:
·        Nahar şirkət tərəfindən verilir;
·        Korporativ nömrə ilə təmin edilmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar" qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.