"Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Yeni Azərbaycan Partiyası / New Azerbaijan Party Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU University birgə təşkilatçılığı ilə “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinə start verilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqənin məqsədi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində iştirakçılığının artırılmasıdır.
Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq.
“Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru,
Siz də yeni çağırışlara öz töhfənizi vermək arzusundasınızsa, “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat linki: https://bit.ly/3UWlFvM
[email protected]
Son qeydiyyat tarixi: 03.06.2024, 23:00