AVRORA MMC “Tələb Planlama Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·     Marketinq, Kommersiya və Tədarük Planlama şöbələri ilə yaxından əməkdaşlıq edilməsi;
·     Məhsul ehtiyatı / Satış sahəsi səviyyəsində tendensiya və mövsümilik nümunələrinin təhlilinin aparılması;
·     Günlük plan-fakt analizinin aparılması;
·     Aylıq satış planlarının və gələcək aylar üçün satış proqnozlarının hazırlanması;
·    İllik satış büdcəsinin hazırlanmasında Marketing və Satış departamentləri ilə birlikdə əməkdaşlığın edilməsi;
·     Over stock, OOS, stock turnover analizinin aparılması.

Tələb olunan bilik və bacarıqlar :

·     Analitik qabiliyyətə və problem həll etmə bacarığına malik olmalı;
·     Yenilikçi və ünsiyyətcil olmalı;
·     MS Excel, MS PowerPoint, Power BI (əla səviyyədə) bilməli;
·     SAP proqram biliyi üstünlükd�

�r.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

· Təhsil: Ali təhsil
·    Təcrübə: Planlama, marketing və ya satış sahəsində təcrübə (minimum 2 il)
· Dil bilikləri: Azərbaycan dili əla, Rus dili və İngilis dili bilməsi üstünlükdür.

İş şərtlərimiz :

·    İş qrafiki: Tam iş günü (5 gün);
·    İş saatları: 09:00-18:00;
·    İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik :

·    Əmək bazarında rəqabətli əməkhaqqı;
·    İşçilərə qayğı proqramı;
·    Peşəkar komanda mühiti;
·    Nahar;
·    Şirkət hesabına korporativ nömrə;
·    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tələb Planlama Mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.