Vakansiya : Kateqoriya üzrə mütəxəssis (AL Market)

Tələblər:

·   Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
·   Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; 
·   Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
·   Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
·   Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
·   Rus və İngilis dili biliyi arzu olunandır;
·   MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir.

İş haqqında:

·   Şirkətin müvafiq bazarda, müvafiq rəqiblərlə rəqabət apara bilməsi üçün mövcud AL Market qiymətlərini təhlil edəcək hesabatlar hazırlamaq;
·   Qida, qeyri-ərzaq və öz brendləri üçün kateqoriyalar üzrə qiymətlərin yerləşdirilməsi t

əhlili əsasında tövsiyələr hazırlamaq;
·   Rəhbərliyə qiymət strategiyası ilə bağlı təqdimatlar üçün lazımı hesabatları hazırlamaq;
·   Qiymətləndirmə ilə bağlı bazar araşdırmasını hazırlamaq;
·   Mənfəətli gəlir artımını yaxşılaşdırmaq imkanlarını müəyyən etmək üçün kateqoriya, seqment və məhsul qrupları üzrə gəlirliyə nəzarət etmək üçün hesabatlar hazırlamaq;
·   Müntəzəm olaraq qiymət rəqabəti müqayisəsi hazırlamaq.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri : Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis (AL Market)” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.