Agile - Çevik gənclik" layihəsinə start verildi. 



Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə "Agile - Çevik gənclik" layihəsi həyata keçiriləcək.

 1 ay müddətində davam edəcək layihə çərçivəsində iştirakçılar üçün peşəkarlar tərəfindən:

 Agile dəyərləri, prinsipləri, tətbiq çərçivələri, metodların öyrənilməsi;
 Dəyişikliklərə uyğunlaşmaq, çeviklik qazanmaq və problemlərə yaradıcı həllərin tapılması;
 Komanda işinin təkmilləşdirilməsi və karyera istiqamətləndirilməsi kimi mövzular tədris olunacaqdır. 

Qeyd edək ki, layihədə 15-26 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edəcək.

 Son qeydiyyat tarixi: 15 yanvar, saat 23:59

 Qeydiyyat linki:


https://forms.gle/SLzjfvxcdypncHW17

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.