“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə pedaqoji və təhsilyönümlü ixtisaslarda təhsil alan tələbələr arasında təhsil sahəsinin aktual mövzuları üzrə debat turnirləri təşkil ediləcək.
Birinci mərhələdə debat haqqında ilkin məlumat və oyun qaydalarının izahı üçün təlim kursu təşkil ediləcək. Növbəti mərhələdə isə təlim proqramını uğurla tamamlamış tələbələr arasında debat turnirləri keçiriləcək.
Unutmayın, təhsil sahəsində müzakirə həmişə faydalı və maraqlıdır!
Qeydiyyatdan keçməyə tələsin və turnirlərdə rəqib olmaq istədiyiniz dostlarınızı “Rəy” bölməsində qeyd edin.
Qeydiyyat forması: https://lnkd.in/eaDGQ_Kh
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.