“AQA Şirkətlər Qrupu” ölkə qadınlarının gələcəyinin inkişaf etdirilməsinə köməklik göstərmək məqsədi ilə daha bir təqaüd proqramı təklif edir. Belə ki, "Dəmir KOD" LTC Lab və AQA Şirkətlər Qrupunun ortaq layihəsi olaraq, özünü proqramlaşdırma sahəsində görən qadınların maddi çətinliyə görə öz məqsədlərinə çata bilməməsi maneəsini aradan qaldıraraq, seçiləcək 5 nəfərin LTC Lab-də proqramlaşdırma dilləri üzrə təhsil almasına imkan yaradır.

 Bu təqaü

d proqramına qəbul iki mərhələli olacaqdır. Birinci mərhələ https://jobs.glorri.com/agagroup/job/agagroup-dmir-kod  linkindən qeydiyyatdan keçmiş namizədlərdən şərtlərə cavab verənlər ikinci mərhələdə mərkəzdə keçiriləcək məntiqi testlər edəcəkdir.

Hər iki mərhələni uğurla keçən namizədlər maraq dairəsi və bacarıqlarına əsasən müvafiq olaraq Front end, Java və ya Python üzrə dərs qruplarına qoşulacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.