Bank of Baku ASC, Backend Developer vakansiyasını elan edir.

vəzifə və öhdəliklər
-Yüksək dərəcədə genişlənə bilən proqram arxitekturasını dizayn etmək;
-Səliqəli və oxunaqlı kodların yazılmasına nail olmaq;
-Yeni layihələrin həyata keçirilməsində təşəbbüskarlıq nümayiş etdirmək;
-Yeni və mövcud layihələri təkmilləşdirmək, mövcud proqram təminatı layihələrini texniki dəstəkləmək;
-Bankdaxili və ictimai istifadə üçün nəzərdə tutulan proqramlar ilə əlaqədar backend xidmətlərinin yazılmasını təmin etmək;

Tələblər

-Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
-Sahə üzrə 2 ildən çox iş təcrübəsi
-Proqram təminatının hazırlanması prosesi və texnologiyaları haqqında geniş biliklərə malik olmaq, həmçinin müxtəlif kodlaşdırma üsullarını və kompüter dillərini başa düşmək
-Arxitektura üslubları və dizayn nümunələri haqqında biliklərin olması
-Məlumatların modelləşdirilməsi və verilənlər bazasının dizayn ilə bağlı təcrübə
-Backend və Frontend texnologiyaları üzrə biliklərə malik olmaq
-Ən azı bir Java çərçivəsi (Spring Boot, Hibernate, Grails, Nginx) ilə bağlı məlumatlı olmaq
-SQL, PL/S

QL üzrə biliklər (NoSQL bilikləri üstünlükdür amma vacib deyil)
-Alqoritmləri, məlumat strukturlarını, arxitekturaları, xüsusilə Microservice arxitekturasını yaxşı səviyyədə bilmək
-Service Oriented Architecture (SOA) və GIT ilə iş təcrübəsi
-DevOps texnologiyalar yığını (Docker, Jenkins, Kubernetes) və CI/CD üzrə biliklərin, həmçinin yeni texnologiyaları (çərçivələr, dillər və ya alətlər) öyrənmək və tətbiq etmək istəyinin olması
-Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
-Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
-Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması

İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Backend developer qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.