Martın 16-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mühasibat uçotunun əsasları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Bəsti Bəşirova aşağıdakı mövzulardan danışacaq:

-Maliyyə uçotu

-İdarəetmə uçotu

-Vergi uçotu

-Balans hesabatı

-Mənfəət və ya zərər hesabatı

-Kapitalda dəyişiklik haqqında hesabat

-Pul vəsaitlərinin hərəkəti hesabatı

Saat 14:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Təlim ödənişsizdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.