AQTİ təlim-təcrübə kursuna qatılmaq istəyən ADAU-nun tələbə və məzunlarından müraciətlərin qəbulunu davam etdirir

 Qida Təhlükəsizliyi İnstitutunun bazasında keçiriləcək təlim-təcrübə kursunda iştirak etmək istəyən Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq və əczaçılıq ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələrin və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunların müraciətlərinin qəbulu davam edir.

 Maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək.

 İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər İnstituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız bu müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər.

 Namizədlərin ADAU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.