Avrora MMC “Tələb Planlama üzrə Mütəxəssis” vakansiyasını elan edir! 



Əsas vəzifə öhdəlikləri:


·   İllik satış büdcəsinin aylar və SKU üzrə düzgün paylanmasının yoxlanılması;
·   Aylıq satış planının tərtib edilməsi, geri dönüşlərin yoxlanılması, sistemə daxil edilməsi üçün hazır vəziyyətə gətirilməsi;
·   Aylıq olaraq planların fərdlər üzrə bölgüsünün, reallaşmasının izlənilməsi;
·   Kassa planlarının hazırlanması, planların aylıq, rüblük və illik olaraq tərtib edilməsində iştirak edilməsi və Satış komandası arasında bölgüsünün aparılması.



Tələb olunan bilik və bacarıqlar:


·  Yüksək səviyyədə Power BI və Excel bilikləri;
·  Korporativ informasiya sistemləri (ESD və s.) ilə tanışlıq;
·  Problem həll etmə bacarığı;
·  Analitik düşüncə;
·  Komanda ilə işləmək bacarığı.

 


Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:


·  Təhsil: İqtisadiyyat, idarəetmə sahələri üzrə ali təhsil
·   İş təcrübəsi: sahə üzrə min. 1 il.



İş şərtlərimiz:


·  İş qrafiki : Tam iş günü (5 gün);
·  İş saatları: 09:00-18:00;
·  İş yeri : Aşıq Molla Cümə 46 C.



Biz nə təklif edirik:


•    Əmək bazarında rəqabətli əməkhaqqı;
•    Peşəkar komanda mühiti;
•    Təlim və inkişaf imkanları;
•    Şirkət hesabına korporativ nömrə.


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tələb planlama üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.