İT texnik axtarırıq 

Vəzifə öhdəlikləri:
- Filiallarda kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi;
- Təhlükəsizlik kameraları sistemlərinin quraşdırılması və yaranan problemlərin həllində dəstək göstərilməsi;
- NVR/DVR quraşdıılması, sazlanması və optimizasiya edilməsi;
- Şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi;
- Biometrik sistemlərin qurulması və sazlanması;
- Access control sisteminin qurulması və sazlanması;
- Şəbəkə problemlərinin diaqnos

tikası və həllinin həyata keçirilməsi.

Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli;
- İşdə yeniliklər tətbiq etmək və ünsiyyət qurmaq bacarığı;
- Zəruri hallarda digər filiallara getmək imkanı.

İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT texnik (kamera nəzarət sistemləri üzrə)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.