Oktyabrın 31–dən noyabrın 4-dək BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək “Beynəlxalq kosmik hava təşəbbüsü: Günəş, kosmik hava və geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” (United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere) adlı beynəlxalq tədbirə qeydiyyat avqustun 15-də başa çatacaq.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək göstərəcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.