Layihələr üzrə assistent vakansiyası aktivdir:

Vəzifə öhdəlikləri:
Zəruri sənədlərin hazırlanmasını həyata keçirir;
Kargüzarlıq üzrə Sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir;
İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir;
Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək;   
İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək;
Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir;
Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir;
Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradır;
Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;
Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə s

ənədlərin yığımını həyata keçirir;
Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır;
Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir;
Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır;
Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır;
Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır.

Tələblər:
Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
İş təcrübəsi: 3-4 il;
Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
Layihələrin idarə edilməsi üzrə biliklər;
Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər;
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Uyğun namizədlər CV-lərini [email protected] email adresinə "Layihələr üzrə assistent" başlığı ilə göndərə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.