"Nur Collection" MMC olaraq Kateqoriya menecerləri axtarışındayıq!



Əsas vəzifə öhdəlikləri:
- Müvafiq kateqoriya üzrə qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini aparmaq;
- Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq və idarə etmək;
- Qiymət və brend seqmentlərində analizləri aparmaq; 
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
- Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
- Kateqoriya üzrə marketinq aktivliklərinin və kampaniyaların hazırlanmasında iştirak etmək;
- Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar aparmaq;
- Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən

etmək və təqdim etmək;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizəddən əsas tələblər:
- Ali təhsil (marketinq, biznes, maliyyə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office və 1C proqram biliyi.
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
- Bazar təhlilini aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.

İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (qısaldılmış);
Əmək haqqı: Namizəddən və kateqoriyadan aslı olaraq təyin ediləcək, 1000-1800 AZN;
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
İş yeri: Masazır dairəsi;
Nahar şirkət tərəfindən təmin edilir.

Uyğun namizədlərdən [email protected] e-mail ünvanına vəzifənin adını qeyd etməklə CV göndərməkləri xahiş edilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.