Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Nərimanov Tibb Mərkəzinə Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsi üzrə vakant yer elan edir.

Əməkhaqqı:

• “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Ali tibbi təhsil (ictimai səhiyyə və kliniki ixtisaslar üzrə)
• Sahə üzrə minimum 3 il iş təcrübəsi
• Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
• Dil bilikləri: ingilis və rus dili üstünlükdür.

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

• Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması
• Komandada işləmə bacarığı;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Dəqiqlik;
• Nəticəyönümlülük.

Əlavə qeydlər:

• İş qrafiki: Bazar ertəsi – cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 10.05.2023
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “keyfiyyətin idarəedilməsi komitəsinin rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
yahoo.com.

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.