"Veysəloğlu" MMC Tədarük Zənciri Direktorluğu , "Tələb planlama üzrə mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:



İş yeri:
Bakı şəhəri

İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:
-       Aylıq və illik olaraq tələblərin planlaşdırılması üçün məlumat bazasını hazırlamaq;
-       Biznes inkişaf və satış strukturları ilə sıx əməkdaşlıq etmək;
-       Promo aksiyalarına və ticarət fəaliyyətlərinə əsasən proqnoz və artım təsirlərini yaratmaq;
-       Müvafiq nəticələri strukturlu şəkildə (Cədvəl, diaqramlar, IYA) aidiyyəti şöbə əməkdaşlarına təqdim etmək;
-       Aylıq satış proqnozlarını hazırlamaq və təqib etmək;
-       Əldə olunan nəticələri müvafiq struktur vahidləri ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan pr

oqnoz tənzimləmələrini həyata keçirmək.

Tələblər:
-       Ali təhsil (Biznes idarəçiliyi üzrə üstünlükdür);
-       Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
-       Güclü analitik və problem həlletmə bacarıqları;
-       Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
-       Yüksək ünsiyyət bacarıqları;
-       İşinə məsuliyyətli və dəqiq yanaşmalı
-       İngilis dili , rus dili arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına  göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.