İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyi və Azerbaijan Hotel Association-ın birgə təşkilatçılığı ilə tələbələr və məzunlar üçün karyera günü keçiriləcək.
Tədbirdə 47 müəssisə tərəfindən 150 vakansiyanın təqdim olunması nəzərdə tutulub.
Karyera günündə iştirak edərək, qonaqpərvərlik sahəsində aparacı şirkətlər və peşəkarlar ilə əlaqə yaratmaq imkanı əldə edə, eləcə də qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar,
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat tədbirdə iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan və tarix:
Nəsimi rayonu, Azadlıq meydanı 674 (JW Marriott Absheron Baku Hotel)
15 aprel, 2023
10:00-14:00


Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.