Mühasib köməkçisi vakansiyası

 

Vəzifə öhdəlikləri: 

  • Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi.
  • Elektron qaimə-fakturalar (bütün növlər üzrə, avans) göndərilməsi;
  • Gündəlik bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
  • Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin hesablanması və icra edilməsi;
  • E-mail və yazışmaların həyata keçirilməsi, aidiyyatı şöbələrə yönləndirmək;
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
  • Bəzi sənədlərin hazırlanmasında köməklik göstərmək;

Namizədə dair əsas tələblər: 

  • Təhsil: Ali təhsil;
  • Yaş həddi 23-35 yaş;
  • Xanım işçilərə üstünlük verilir;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Mühasibat uçotu üzrə nəzəri bilik və bacarıqlar;
  • Vergi qanunverciliyi üzrə biliklər;

Digər fərdi keyfiyyət göstəriciləri:

  • Enerjili, pozitiv, çevik, stresə davamlı və məsuliyyətli olması ;
  • Komandada işləmək bacarığı ;
  • Konkret vəzifələri yerinə yetirmə bacarığı;
  • Analitik və ünsiyyət qabiliyyəti;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi ; 

İş şərtləri: 

  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir ;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;

          Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz cv formunu hr@nazim1001.com e-mail ünvanına, mövzu bölməsində “Mühasib köməkçisi” yazmaqla göndərmələri xahiş olunur. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.