“StudyLab” təhsil mərkəzi “İngilis dili müəllimliyi üzrə maaşlı təcrübə proqramı” elan edir. 

Namizəddən tələblər. 

  1. İngilis dili müəllimliyi və ya tərcümə ixtisaslarından məzun olmalı. 
  2. İngilis dili bilik səviyyəsi Upper- Intermediate.
  3. Dil biliyini təstiq edən beynəlxalq sertifikatın (IELTS,TOEFL,DUOLINGO və s) olması mütləqdir.

Vəzifə öhtəlikləri.

  1. Təyin olunan davamiyyət cədvəli üzrə təcrübə proqramında iştirak etmək;
  2. Təcrübə rəhbəri tərəfindən verilən tapşırıqların məsuliyyətli şəkildə icrasına cavabdeh olmaq;
  3. Tədris şöbəsi tərəfindən tapşırılan işlərin yüksək səviyyədə yerinə yetirilməsi;
  4. Hər dərsdən sonra təcrübə rəhbəri ilə dərs haqqında müzakirə aparmaq, sual yaradan tərəfləri müzakirə etmək;
  5. İngilis dilinin müasir metodla beynəlxalq proqramı ilə, bütün səviyyələr üzrə tədrisinin mexanizmini öyrənmək;

 

İş haqda məlumat. 

  1. Əmək haqqı- Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq. 
  2. İş qrafiki- 6 gün, Bazar ertəsi – Şənbə günləri saat 10:00-19:00. (“Full time” işləmək imkanı olmayan namizədlərin müraciətlərinə baxılmayacaq). 
  3. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi. 
  4. “StudyLab” Mərkəz Ofis / Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku.

 

Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) “İngilis dili müəllimliyi üzrə təcrübə proqramı” başlığı ilə və ingilis dili biliyini təstiq edən sertifikatı əlavə etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.