Div Academy Kids “Layihələrin idarə olunması” üzrə junior mütəxəssis axtarışındadır. 

 

 

İş barədə məlumat: 

— Layihələri idarə etmək (planlama, icra və analiz)

— Tələbələr və valideynlərlə tanış olub ehtiyaclarını öyrənmək

— Tələbələrdən gələn zənglərin cavablandırılması

— Mentor və müəllimlərlə koordinasiyalı çalışaraq tələbənin aktivliyini təmin etmək

— Partnyor şirkətlərlə əlaqənin qurulması və yaxşılaşdırılması

— Tələbələrin məzun gününün təşkil olunması

— KPI-lara çatmaq üçün strategiyanın hazırlanması və tətbiqi

— Ay sonu hesabatların hazırlanması və təqdim olunması

 

 

Şərtlər:

— Nərimanov m. yaxınlığında əla şəraitli ofis 

— Mehriban və inkişafyönümlü komanda mühiti

— İş qrafiki: 10:00-18:00 (həftədə 6 gün)

— Kompüter və telefonla təmin olunma

 

 

Namizədə tələblər:

— Ali təhsil

— Bu və ya bənzər sahədə 1 il iş təcrübəsi

— Öyrətməyə və gənclərlə işləməyə həvəs və sevgi

— Effektiv ünsiyyət bacarığı

— Aktivlik, gülərüzlük, təşəbbüskarlıq

— Məsuliyyət və punktuallıq

— İngilis və rus dili biliyi üstünlükdür

 

Əmək haqqı: 400-600 azn

 

Müraciət:

Müraciət üçün CV faylınızı "Junior Specialist" başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.