Biznes analitik vakansiyası
Təsvir :
- Təşkilatlarda İnformasiya texnologiyaları (İT) sistemlərini və proseslərini təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
- İT sistemlərinin layihələndirilməsi və saxlanılmasına cavabdeh olan texniki qruplarla kommunikasiyalı şəkildə işləməklə, tələb və istəkləri toplayaraq təşkilatın mövcud imkanlarını nəzərə almaqla modelləşdirmə alətləri və təhlil metodları vasitəsi ilə prosesləri təsvir etmək;
- İT layihələrin planların hazırlanmasına və təkmilləşdirilməsinə dair təklifləri, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
- Təşkilatın strategiyasını, fəaliyyət istiqamətlərini və bazar yanaşmalarını analiz etməklə rəqəmsallaşma proseslərin təyin etmək;
- Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla sahə üzrə araşdırmalar aparmaq;
- Biznes proseslərin analizi, use-case və digər diaqramlar əsasında tələb
- Müvafiq sahə üzrə qanunvericilik və normativ aktları təhlil etmək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- Texniki biliklər (Proqram təminatının arxitekturası, Verilənlər bazası, UI/UX dizayn, Proqram təminatları), "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN müasir alətlərdən bir və ya bir neçəsi üzrə praktiki bacarıqlara malik olması;
- İngilis dili biliyi – yüksək texniki səviyyədə; Rus dili biliyi - orta səviyyədə;
- Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.
Uyğun namizədlər "Biznes Analitik" başlığı ilə [email protected] mail adresinə müraciət edə bilərlər.