“Coffeemania” restoranlar şəbəkəsinə “İnsan Resursları üzrə köməkçi” axtarışındayıq

İş şəraiti: 
• Rəsmi qeydiyyata alınır;
• Həftədə 1 gün istirahət;
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 600 AZN
• Ünvan: Zaur Nudirəliyev 79

Namizədə tələblər:
• Yalnız bəy namizədlər
• Ali Təhsil
• İnsan resursları sahəsində minimum təcrübəsi olsun
• Yaxşı ünsiyyət qurma qabiliyyətli
• Məsuliyyətli və diqqətcil olmalı
• Öyrənmə və inkişafa yüksək həvəsli olmalı

İşin təsviri:
• İnsan Resursları departamentinin gündəlik funksiyalarının və vəzifələrinin yerinə yetirilm

əsində kömək etmək
• Yeni işə qəbul olunan işçilərdən lazım olan sənədləri və məlumatları toplamaq
• Yeni işçilərin əmək müqavilələrini tərtib etmək və əmək müqaviləsinə dəyişiklikləri əlavə etmək
• Əmək kitabçalarının açılması və doldurulması
• İşçilərin şəxsi qovluqlarını hazırlamaq
• Tələb olunan görüşlərin, müsahibələrin və digər tədbirlərin keçirilməsinə kömək etmək

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə köməkçi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.