"Azərbaycan Supermarket" MMC Marketinq komandasında Kopirayter vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:
- Vebsayt üçün xəbərlər, bloq yazılarının yazılması və SEO qaydalarının mətnlərdə nəzərə alınması
- Sosial şəbəkələr üçün postların mətninin yazılması və məzmunun tərtib edilməsi
- Sosial şəbəkələr üçün kontent planın hazırlanması
- Sosial şəbəkələr üçün hazırlanacaq videolarda senarinin yazılması
- TikTok senarilərinə nəzər yetirilməsi, ehtiyac olarsa yeni ideyaların verilməsi
- Endirim kampaniyaları və layihələr üçün sloqan təkliflərinin verilməsi, yaradıcı və fərqli yanaşmaların edilməsi
- Mövcud trendlərin izlənməsi və onlardan uyğun olanlarının öz işlərimizdə tətbiq edilməsi
- Press-relizlərin yazılması, dilimizin

orfoqrafik və qrammatik qaydalarına əməl edilməsi

Vəzifə üzrə tələblər:
- Kopirayter vəzifəsi üzrə müvafiq iş təcrübəsi
- Kontent strategiyasının yaradılması ilə bağlı biliklərə sahib olmaq
- Mükəmməl yazı, redakte və korrektə qabiliyyətlərinin olması
- SEO yönümlü məqalələr yazmaq təcrübəsinin olması
- Araşdırma, yaradıcılıq, təşkilatçılıq, komanda ilə işləmə bacarıqlarının olması
- Azərbaycan dilində mükəmməl danışma və yazma qabiliyyətinin olması (İngilis dili biliyi əlavə üstünlükdür)

Maraqlanan namizədlər [email protected] email ünvanına “Kopirayter” başlığı ilə müraciət edə bilər.
 
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.