İki semesterdən ibarət olan “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən keçiriləcəkdir. Proqram əyani və onlayn formatda aparılacaqdır. Əyani formatda proqram ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcəkdir.

İştirak üzrə tələblər və seçim meyarları:

  • Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəb müəllim və direktorları;
  • Ən azı 3 (üç) il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları;
  • Namizədlərin ingilis dili bilikləri orta səviyyədə (intermediate) olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum TOEFL 44-49/ IELTS 5/ Duolingo 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər. Namizədlərin ingilis dili səviyyəsi, həmçinin ADA Universitetinin İnglis Dili proqramının keçirdiyi test vasitəsilə də müəyyən edilə bilər.

Tələb olunan sənədlər:
 

  1. Tərcümeyi-hal
  2. Ərizə forması
  3. Şəxsiyyət vəsiqəsinin surəti

Maraqlanan namizədlər sənədləri 19 sentyabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.