Arash Company Texniki Servis şöbəsinə "Satış Mütəxəssisi" vakansiyası elan edir! 

 

Vakansiya üzrə vəzifə öhdəlikləri: 



- Məhsul və xidmətləri müştərilərə tanıtmaq ;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək, suallarını əsaslandırılmış formada cavablandırmaq, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək ; 
- Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq ; 
- Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək ;
- Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək ;

 


Namizədə tələblər: 



- Xanım namizəd 
- Tibbi ləvazimatların satışı sahəsində minimum 1 il iş təcrübəsi 
- Dil bilikləri: Azərbaycan, Rus dili (İngilis dili üstünlükdür) 
- Gülərüz, ünsiyyətcil
- Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək
- Satış bacarığını və biliklərini daim inkişaf etdirmək
- Komanda ilə işləmə bacarığı

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-18:00, Şənbə 09:00-15:00
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

 

Maraqlanan namizədlər öz CV formunu [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Texniki Servis şöbəsinə Satış Mütəxəssi" vəzifə adını qeyd etməklə göndərə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.