AzTelco Group komandası olaraq "Texniki Dəstək üzrə Mühəndis" axtarışındayıq!



Əgər texniki biliklərinizi real iş mühitində tətbiq etmək, inkişaf etmək və dəyər qatmaq istəyirsinizsə — bu vakansiya sizin üçündür! 

Detallar ilə aşağıdan tanış ola bilərsiniz: 
 


 Vəzifə öhdəlikləri:


- Kompüter, telefon, printer, skaner, proyektor və digər avadanlıqların quraşdırılması və texniki xidməti
- Korporativ şəbəkəyə kabel və ya WiFi vasitəsilə qoşulmanın təmin edilməsi
- Müxtəlif proqram təminatlarının yazılması və konfiqurasiyası
- Microsoft Windows və Office sistemlərində yaranan problemlərin aradan qaldırılması
- Avadanlıqlarda texniki nasazlıqların aşkarlanması və həlli
- Sorğuların həllində komandaya dəstək olmaq və istifadəçilərə operativ, yerində texniki dəstək göstərmək
 


 Tələb olunan bilik və bacarıqlar:


- Microsoft Windows 7/10/11, Server 2012/2016
- MS Office 2010/2013/2016/2019 və Office 365
- LAN və W-LAN texnologiyaları haqqında bilik
- Comptia A+ və CCNA sertifikatları üstünlükdür

 


 Biz nə təklif edirik?


* Effektivliyə və inkişaf potensialına fokuslanan iş mühiti
* Tibbi sığorta, ödənişsiz nahar, korporativ nömrə və digər təminatlar
* Müxtəlif inkişaf və təlim imkanları
* Bacarıqlı mütəxəssislərlə dinamik və peşəkar komandada çalışma fürsəti


Müraciət qaydası: 
Maraqlanan namizədlər CV-lərini “Helpdesk” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.