"Veysəloğlu" MMC Hüquq və Təşkilati İşlər şöbəsində Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə funksiyaları:

- Rəhbərliyə tabe strukturlar daxilində hüquqi təminat, ekspertiza və təhlil işini aparmaqda iştirak etmək;

- Hüquqi ekspertiza və hüquqi təminat işinin aparılması üzərində metodik rəhbərliyin həyata keçirilməsində şöbə müdirinə dəstək göstərmək;

- Struktur bölmələrin partnyorları ilə bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək və bu işi öyrənmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək;

- Aidiyyəti struktur bölmələr və kontragentlərlə müqavilə idarəçiliyi və qaydalarına uyğun olaraq m

üvafiq hərəkətləri aparmaq, danışıqların həyata keçirilməsində iştirak etmək;

- Hüquq şöbə müdirinin tapşırığı əsasında lazımi lisenziyaların və icazələrin alınmasının həyata keçirilməsinə dair sənədləşmələrin hazırlanmasında iştirak etmək.

Vəzifə tələbləri:

- Ali hüquqi təhsil;
- Rus və ingilis dili biliyi üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.