Azərikard "Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir:

Tələblər:
- Texniki istiqamət üzrə Ali təhsil;
- Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə layihələrin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
- Layihə çərçivəsində texniki tapşırıqların icrasında iş təcrübəsi;
- Bank kartları, bank hesabları, bank prosesləri və bankda olan digər texniki komponentlər haqqında biliklər;
- Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
- Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
- Öz üzərində çalışma və inkişaf etmə istəyi;
- Analitik yanaşma qabiliyyəti;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı.


Vəzifələr:
- Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vax

tında icra edilməsi;
- Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi;
- Şirkət daxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
- Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
- Layihələrin tələblərinin təhlil olunması;
- Layihələrin tələblərindən irəli gələrək müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
- Layihələrin idarə edilməsi, mütəmadi olaraq sprintlərdə iştirakın həyata keçirilməsi;
- Layihələrə dəstək verilməsi məqsədilə həvalə olunmuş infrastrukturda müasir metodikaların tətbiqi və işin keyfiyyətinin artırılması üçün əlaqəli departamentlərin əməkdaşları və kənar təşkilatlarla qarşılıqlı əlaqələrin təmin olunması;
- Xidməti məlumatların məxfiliyinin qorunması.


Namizədlərdən CV-ni “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.